İki rus 18 nəfəri oğurlayaraq köləlikdə saxladılar

İki rus 18 nəfəri oğurlayaraq köləlikdə saxladılar Dünya

Vladimir şəhərində 18 nəfərin qul əməyindən istifadə edən iki kişi məhkəmə qarşısına çıxarılacaq.

News24.az xəbən verir ki, bu barədə region üzrə Rusiya İstintaq Komitəsinin İstintaq İdarəsi məlumat yayıb.

Rusiya Cinayət Məcəlləsinin 127.2-ci maddəsinin 3-cü hissəsi (qul əməyindən istifadə) ilə bağlı cinayət işi İvanovo və Vladimir vilayətlərindən olan 33 yaşlı iki nəfər barəsində başlanıb. İstintaqın versiyasına görə, təqsirləndirilən şəxslər 2022-ci ilin iyulundan 2025-ci ilin sentyabrınadək İvanovo, Kostroma və Vladimir vilayətlərində sabit sosial əlaqələri olmayan insanları axtarıblar.

Ümumilikdə onlar 18 nəfər taparaq Vladimirə gətirib və müəssisələrdən birində fəhlə kimi işləməyə məcbur ediblər. Təqsirləndirilən şəxslər əməkhaqqını özləri götürərək işçilərə heç nə ödəməyiblər. Zərərçəkənlərin pasportları əllərindən alınıb, onları Feygin küçəsindəki yararsız vəziyyətdə olan yaşayış olmayan evdə yerləşdiriblər və yalnız ərzaq və zəruri əşyalarla təmin ediblər.

Kişilər “qulların” hər bir hərəkətinə nəzarət ediblər: gecələr qapını kilidləyib, onları işə aparıb və geri gətiriblər. Tabe olmayanları zorakılıqla hədələyib və onlara qarşı güc tətbiq ediblər. Təqsirləndirilən şəxslər təqsirlərini qismən etiraf ediblər. İstintaq dövründə onlar həbsdə saxlanılıblar. Yaxın vaxtlarda iş üzrə şəxslər məhkəmə qarşısına çıxarılacaqlar.