İkinci Dünya müharibəsindən qalan gəmi üzə çıxdı - FOTOLAR

İkinci Dünya müharibəsindən qalan gəmi üzə çıxdı - FOTOLAR Dünya

Serbiyanın şərqində, Prahovo şəhəri yaxınlığında Dunay çayında suyun səviyyəsinin aşağı düşməsi nəticəsində İkinci Dünya müharibəsindən qalan hərbi gəminin qalıqları üzə çıxıb.

News24.az xəbər verir ki, son günlərdə havanın həddindən artıq isti keçməsi çayda suyun səviyyəsinin azalmasına səbəb olub. Nəticədə 1944-cü ildə Dunayda batan hərbi gəmi çayın səthində görünüb.

Məlumata görə, gəmi həmin dövrdə nasist Almaniyasının Qara dəniz donanmasının tərkibində olub və Sovet qoşunlarının irəliləməsi zamanı batırılıb.

Gəminin paslanmasına baxmayaraq, qalıqlarının böyük hissəsinin demək olar ki, bütöv şəkildə qaldığı bildirilir.

Dunayda suyun səviyyəsi aşağı düşdükcə gəmi qalıqlarının vaxtaşırı üzə çıxdığı qeyd olunur.

İkinci Dünya müharibəsindən qalan gəmi üzə çıxdı - FOTOLAR İkinci Dünya müharibəsindən qalan gəmi üzə çıxdı - FOTOLAR İkinci Dünya müharibəsindən qalan gəmi üzə çıxdı - FOTOLAR