Hava taksisi nümayiş olundu - VİDEO
Dünya
Qazaxıstanda ilk dəfə “AutoFlight Prosperity” pilotsuz hava taksisinin nümayiş uçuşu həyata keçirilib.
News24.az TASS-a istinadən xəbər verir ki, Astana üzərində aparılan uçuş təxminən 10 dəqiqə çəkib.
Məlumata görə, hava taksisi iki dəfədə 2,4 km məsafə qət edib. Bəlli trayektoriya üzrə avtomatik idarə olunan yeni nəqliyyat vasitəsində təhlükəsizlik üçün sərnişin olmayıb.
Qeyd edək ki, “AutoFlight Prosperity” uçuş aparatı bir pilot və beş sərnişin üçün nəzərdə tutulub. Aparat elektriklə çalışan 13 mühərriyi sayəsində 200 km/saat sürət yığa, həmçinin şarj olunmadan 200 km-dək məsafə qət edə bilir. Qazaxıstanda aerotaksinin ilk uçuşu mayın 19-da Alatau şəhərində baş tutub.