İlk nəşri inanılmaz məbləğə satıldı

İlk nəşri inanılmaz məbləğə satıldı Dünya

Coan K.Roulinqin məşhur "Harri Potter və fəlsəfə daşı" kitabının 1997-ci ilə aid nəşri Böyük Britaniyada hərracda təxminən 23 min ABŞ dollarına satılıb.

News24.az xəbər verir ki, nəşr edildiyi ildə sözügedən kitabı 13 ABŞ dollarına almaq mümkün idi.

Məlumata görə, yumşaq üz qabığı olan kitab Edinburqdan olan kitab şərhçisi Katrin Maknikola aid olub. Kitabı aldığı zaman Katrinin 24 yaşı olub, oxumağa imkan tapmadığı üçün kitabı qutusuna yerləşdirib və çardağa qaldırıb. 30 il çardaqda qalan kitabı təsadüfən köhnə əşyalarını yığışdıran zaman tapıb.

Bu nəşrin ardınca minlərlə yeni nəşrlər buraxılıb və zamanla ilk nəşr artıq kolleksiyaçılar tərəfindən nadir nüsxə kimi dəyərləndirilib. Bu kitab arxa hissəsində hərfi ilə nəşr edilib.

Qeyd edək ki, 7 cilddən ibarət əsər 1997-2007-ci illər arasında nəşr edilib. Kitablar ümumilikdə 80 dilə tərcümə olunub və sayı 500 milyon nüsxəni ötür. Bu kitablar əsasında 10-dan çox film çəkilib.