İlon Mask adını dəyişdi

İlon Mask adını dəyişdi Dünya


Amerikalı biznesmen, X-in sahibi, həmçinin "SpeysX", "Tesla" və "Neuralink" şirkətlərinin rəhbəri İlon Mask qeyd edilən sosial şəbəkədəki profilinin adını dəyişib.

News24.az xəbər verir ki, milyarderin yeni adı Kekius Maksimus (Kekius Maximus) olub.

Bundan əlavə, Mask öz profilinin avatarını da dəyişib.

İndi orada qədim Roma Legionerinin hərbi formasında "Pepe qurbağası" təsvir olunub. Personajın əlində "PlayStation 4"ün "DualShock 4"ünə bənzər "controller" var.

Milyarder öz profilindəki dəyişiklikləri şərh etməyib.//axar