İlon Mask artıq trilyonçu deyil
Dünya
Amerikalı sahibkar İlon Maskın sərvəti 957 milyard dollara enib.
News24.az xəbər verir ki, bu barədə “Bloomberg Billionaires Index” məlumat yayıb.
Beləliklə, o, trilyoner statusunu itirib.
İndeks milyarderlərin pay sahibi olduqları şirkətlərin səhmlərinin dəyəri əsasında hesablanır.
Son dəyişikliklər nəticəsində biznesmenin sərvəti 118 milyard dollar azalıb.
Qeyd edək ki, iyunun 12-də Mask “SpaceX” şirkətinin ilkin kütləvi səhm yerləşdirməsi sayəsində tarixdə ilk trilyoner olmuşdu.
Səhmlərin ilkin yerləşdirilməsi zamanı şirkət rekord həcmdə – 75 milyard dollar vəsait əldə etmişdi.
Ticarət başlamazdan əvvəl isə Maskın sərvəti 750 milyard dollar qiymətləndirilirdi.