Şimali Kipr sahillərində daha bir cəsəd tapıldı

Şimali Kipr sahillərində daha bir cəsəd tapıldı Dünya

Şimali Kipr Türk Respublikasının (ŞKTR) Girnə sahillərində batan sərnişin gəmisində itkin düşənlərin axtarışı zamanı daha bir cəsəd tapılıb.

News24.az xəbər verir ki, ŞKTR Baş Nazirliyinin açıqlamasında cəsədin şəxsiyyətinin müəyyənləşdirilməsi üçün müvafiq müayinələrin aparıldığı bildirilib.

Qeyd olunub ki, qəzanın ilk anından etibarən itkin düşənlərin tapılması üçün axtarış işləri fasiləsiz davam etdirilir.

Hadisə nəticəsində ölənlərin sayı 21-ə çatıb, 7 nəfərin axtarışı isə davam edir.

Xatırladaq ki, Girnə Limanı ilə Mersindəki Taşucu Limanı arasında hərəkət edən “Filo Jet” yüksək sürətli sərnişin gəmi avqustun 30-da yola düşdükdən qısa müddət sonra su almağa başlayıb və limana qayıtmağa çalışarkən batıb.