Şimali Kuril adaları yaxınlığında güclü zəlzələ oldu

Şimali Kuril adaları yaxınlığında güclü zəlzələ oldu Dünya

Şimali Kuril adaları sahilləri yaxınlığında 4,4 bal gücündə zəlzələ qeydə alınıb.

News24.az xəbər verir ki, bunu Yujno-Saxalinsk seysmik stansiyasının rəhbəri Yelena Semenova bildirib.

O qeyd edib ki, zəlzələ iyunun 12-də saat 13:41-də baş verib. Paramuşir adasında - Severo-Kurilsk şəhərindən 105 km şərqində qeydə alınan zəlzələnin episentri dənizin 37 km dərinliyində yerləşib.

Zəlzələ Severo-Kurilskdə 3 bal gücündə hiss olunub. Sunami xəbərdarlığı edilməyib.