İmpiçment prosesində iştirak edən şahidlərin - İFADƏLƏRİ YAYIMLANACAQ
Dünya
Demokratların prezident Donald Trampa qarşı keçirdikləri impiçment prosesinin bir hissəsi olan şahid ifadələrinin stenoqramının yaxın 5 gün ərzində yayımlanacağı ehtimal olunur.
News24.az "CBS"-ə istinadən xəbər verir ki, bunu ABŞ Konqresinin Nümayəndələr Palatasının kəşfiyyat üzrə xüsusi komitəsinin üzvü, demokrat Ceki Spier deyib: "Hamısının bir gündə yayımlanacağını bilmirəm. Ancaq, Amerika xalqına çox şey söyləyəcəklər".
Xüsusi komitənin üzvü olan konqresmen Cim Hayms impiçment məhkəməsinin ictimai mərhələsinin yaxın iki-üç həftə ərzində başlaya biləcəyini söyləyib.