İmtahanlara görə "Telegram"ı blokladılar - Bu ölkədə
Dünya
Hindistanda “Telegram” mesenceri bloklanıb.
News24.az xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb ali təhsil müəssisələrinə qəbul üçün keçiriləcək təkrar imtahanlardır.
Məlumata görə, iyunun 22-dək mesencerdən istifadə etmək mümkün olmayacaq.
Qeyd edək ki, Hindistanda tibb təhsili üzrə ilkin imtahan may ayında keçirilib. Lakin sualların sızdırılması ilə bağlı böyük qalmaqala görə nəticələr ləğv edilib.
“Telegram”-a məhdudiyyət tətbiq etmək qərarı imtahan cavablarının yayılmasının, koordinasiyalı şəkildə məzmunun silinməsi cəhdlərinin qarşısının alına bilməməsi üzündən verilib.