Çin və Pakistan ABŞ ilə İranı dialoqa çağırdı

Çin və Pakistan ABŞ ilə İranı dialoqa çağırdı Dünya

Çin və Pakistan ABŞ ilə İran arasında artan gərginliyin dayandırılmasına çağırış ediblər.

News24.az xəbər verir ki, Çin XİN-nin məlumatına görə, Şanxayda keçirilən görüş zamanı Çinin xarici işlər naziri Vanq Yi və Pakistanın xarici işlər naziri İshaq Dar tərəfləri dərhal hərbi əməliyyatları dayandırmağa və dialoqu bərpa etməyə çağırıblar.

Nazirlər gərginliyin daha da artmasından narahat olduqlarını bildirərək, problemlərin danışıqlar yolu ilə həllinin vacibliyini vurğulayıblar. Onlar beynəlxalq ictimaiyyəti də sülh prosesinə dəstək verməyə çağırıblar.

Vanq Yi bildirib ki, sülh üçün yaranmış imkanın itirilməsinə yol verilməməli və tərəflər üzərlərinə götürdükləri öhdəliklərə əməl etməlidirlər.