İndoneziyada 6,6 maqnitudalı zəlzələ oldu

İndoneziyada 6,6 maqnitudalı zəlzələ oldu Dünya

İndoneziyanın şərqində, Banda dənizində 6,6 maqnitudalı zəlzələ qeydə alınıb.

News24.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidməti məlumat yayıb.

Məlumata görə, zəlzələnin episentri Ambon adasındakı eyniadlı şəhərdən 471 kilometr cənub-şərqdə yerləşib.

Episentrdə yeraltı təkanların intensivliyi dağıdıcı səviyyədə qiymətləndirilib.

ABŞ Geoloji Xidməti də zəlzələnin maqnitudasını 6,6 olaraq təsdiqləyib.

Amerikalı seysmoloqların məlumatına görə, zəlzələnin ocağı 68 kilometr dərinlikdə yerləşib.