İndoneziyada güclü zəlzələ oldu

İndoneziyada güclü zəlzələ oldu Dünya

İndoneziyanın Halmahera adası yaxınlığında 5,5 bal gücündə zəlzələ qeydə alınıb.

News24.az xəbər verir ki, bu barədə Almaniyanın Geologiya Elmləri Araşdırma Mərkəzi (GFZ) məlumat yayıb.

Məlumata görə, zəlzələnin ocağı 127 kilometr dərinlikdə yerləşib.

Dağıntılar və ya tələfat barədə hələlik rəsmi məlumat verilməyib.