İndoneziyada güclü zəlzələ oldu
Dünya
İndoneziyanın Flores adası sahillərində 5,5 maqnitudalı zəlzələ qeydə alınıb.
News24.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.
Zəlzələnin episentri Labuan-Baco şəhərindən 79 kilometr şimal-şərqdə yerləşib.
Zəlzələnin ocağı 10 kilometr dərinlikdə olub.
Dağıntılar və xəsarət alanlar barədə məlumat verilmir.