İndoneziyadakı zəlzələdə ölənlərin sayı artdı

İndoneziyadakı zəlzələdə ölənlərin sayı artdı Dünya

İndoneziyada güclü zəlzələdən sonra ölənlərin sayı 53 nəfərə çatıb.

News24.az xəbər verir ki, bu barədə “Euronews” məlumat yayəb.

Məlumata görə, daha 100-dən çox insan xəsarət alıb.

Təxminən 12,8 nəfər evlərini tərk etmək məcburiyyətində qalıb və hazırda yardım gözləyir.

Bir çox rayonun sakinləri təxminən minə yaxın təkrar yeraltı təkanın baş verməsi səbəbindən gecələri hələ də küçələrdə keçirirlər.

Hərbçilər zəlzələdən zərər çəkən bölgələrə 13 ton humanitar yardım göndərib.

Yardımın tərkibinə ərzaq, su, geyim və tibbi avadanlıqlar daxildir.

Yardımın təcrid olunmuş yaşayış məntəqələrinə çatdırılması üçün helikopterlərdən də istifadə olunacaq.