İngiltərə Bankından iqtisadiyyatla bağlı xəbərdarlıq

İngiltərə Bankından iqtisadiyyatla bağlı xəbərdarlıq Dünya

İngiltərə Bankı Böyük Britaniya iqtisadiyyatı ilə bağlı risklərin artdığını açıqlayıb.

News24.az xəbər verir ki, buna yüksək enerji qiymətləri və süni intellektin sürətli inkişafı təsir göstərir.

Bankın Maliyyə Siyasəti Komitəsinin sentyabr iclasının protokolunda qlobal iqtisadiyyatla bağlı qeyri-müəyyənliyin artdığı bildirilib.

Qeyd olunub ki, neft və təbii qazın qiymətlərinin yüksəlməsi qlobal iqtisadiyyata mənfi təsir göstərə bilər.

Sənəddə həmçinin süni intellekt sahəsində borclanmanın sürətlə artmasının maliyyə bazarları üçün əlavə risk yaratdığı vurğulanıb.

İngiltərə Bankı iyul ayından bəri Böyük Britaniya iqtisadiyyatı üçün risk proqnozunun daha da pisləşdiyini açıqlayıb.