İngiltərədə hərbi helikopter qəzaya uğradı

İngiltərədə hərbi helikopter qəzaya uğradı Dünya

İngiltərənin cənubunda Britaniya Hərbi Dəniz Qüvvələrinə məxsus helikopter qəzaya uğrayıb.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, xilasetmə xidmətləri Okhempton yaxınlığındakı Sauterton-Daun ərazisində yerləşən fermada helikopterin qəzaya uğramasından sonra hadisə yerinə gəlib.

Böyük Britaniya Müdafiə Nazirliyi hava gəmisinin Kral Hərbi Dəniz Qüvvələrinə məxsus olduğunu təsdiqləyib.

Rəsmi şəxslər hələlik helikopterin növü, qəzanın səbəbləri və göyərtədə olan şəxslərin vəziyyəti barədə məlumat verməyiblər.