"İnsanların sayının azaldılması istiqamətində işlər görülür" - DEPUTAT

"İnsanların sayının azaldılması istiqamətində işlər görülür" - DEPUTAT Dünya

Dünyada əhalinin sayını məqsədli şəkildə azaltmaq üçün demoqrafik planların hazırlandığı iddialari günbəgün artır. Pandemiya, müharibələr, iqtisadi məcburetmə üsulları və s. kimi planlarla bunu həyata keçirməyə çalışırlar.

Mövzu ilə bağlı News24.az-a danışan deputat Fazil Mustafa bildirdi ki, bu məsələ dünyada hər zaman müzakirə olunur: 

"Belə görünür ki, insanların sayının azaldılması istiqamətində işlər görülür. Bu kimi addımlar böyük güclərin bəlkə də planlaşdırmasında var. Həqiqətən də süni pandemiya formaları, müharibələr və başqa məsələlər də buna xidmət edir. Təəssüfər olsun ki, bunun qarşısını alacaq gücə, imkana sahib deyilik. Çünki dünyanın idarə olunmasında payımız demək olar ki, yoxdur. Amma hər halda öz cəmiyyətimizin, öz arealımızın qorunması üçün əlimizdən gələni etməliyik və hər halda hansısa bir təhlükə, risk ortaya çıxırsa, ona dirəniş göstərmək, onun minimum səviyyədə aşağı salınmasını təmin etməliyik ki, bu problemlər daha da kəskinləşməsin. Mümkündür ki, insanların sayını azaltmaq üçün belə bir proqram gerçəkləşdirilsin və bunun da mümkün nəticələri bir sıra hadisələr də artıq özünü büruzə verməkdədir”, - deyə o, fikrini yekunlaşdırdı.

Sosioloq Əhməd Qəşəmoğlu isə qeyd etdi ki, insanların sürətlə artması yer üzündə xeyli ərzaq problemləri yarada bilər:

“Ötən əsrin 60-cı illərindən başlayaraq bu məsələ diqqət mərkəzindədir. 1969- cu ildə Amerikanın Futurologiya böyük tədqiqatlar apardı, proqnozlar verdi və o vaxt məlum oldu ki, yer üzündə əhalinin sürətlə artması yaxın zamanlarda böyük problemlər yarada bilər. Bu problemlər yer üzündə resursların azalması və əhaliyə çatmaması problemi ola bilər.

İlk növbədə iqtisadiyyat tamamilə çökər. Bu baxımdan artıq mütəxəssislər Yer üzündə əhalinin sürətlə armaması üçün düşünməyə  başladılar. XX əsrin əvvəlində dünyada iki milyarda yaxın əhali vardısa, birdən birə sürətlə artmağa başladı. Mən 1994-cü ildə Birləşmiş Millətlər Təşkilatının Qahirədə keçirilən Əhali və İnkişaf adlı sammitinin ekspertlərindən biri olmuşam. Oradaki sənədlərlə tanış olduqdan sonra mən də bəzi fikirlər yarandı”.

Onun sözlərinə görə, bəzi qüvvələr də düşünür ki, hansisa yoluxucu xəstəliklərlə insanlarin sayını azalda bilərlər: 

“Bu yollar heç də humanist deyil. Biz çalışmalıyıq ki, ölkəmiz humanist olmayan qüvvələrin təsir dairəsindən kənarda olsun. Amma BMT nin prinsipləri ilə də biz çalışmalıyıq ki, keyfiyyətli əhali artsın. Doğrudan da bir ailədə doqquz uşaq olacaqsa, onun beşi türmədə yatacaqsa, qalanı oğru olacaqsa, o uşaqların olmağının nə ailəyə xeyri var, nə ölkəyə xeyiri var, nə yaxşı olar ki, hər ailədə 2-3 uşaq olsun. Bax, bu istiqamətdə, yəni ölkədə elə bir humanitar siyasətimiz olmalıdır. Əhali siyasətimiz olmalıdır. Bunlarla bağlı ki, həmin o xoşagəlməz qüvvələrin təsiri altında olmayıb və bu məsələlərə də diqqət yetirməyə böyük ehtiyac var”.

Aydan Beydulayeva