İnternetdə ən çox hansı xidmətdən istifadə olunur? - Araşdırma

İnternetdə ən çox hansı xidmətdən istifadə olunur? - Araşdırma Dünya

ABŞ-nin Şimal-Şərq Universitetinin alimləri internet istifadəçilərinin brauzer vərdişlərini araşdıraraq ən çox vaxt sərf edilən onlayn xidməti müəyyən ediblər.

News24.az-ın "TechXplore"yə istinadən məlumatına görə, araşdırmanın nəticələrinə əsasən, istifadəçilər ən çox vaxtı Gmail elektron poçt xidmətində keçirirlər. Gmail ümumi istifadə vaxtının 16,38 faizini təşkil edib.

İkinci yerdə YouTube (10,38 faiz), üçüncü yerdə isə Facebook (7,97 faiz) qərarlaşıb.

Araşdırma göstərib ki, 65 yaşdan yuxarı istifadəçilər Gmail-dən gənclərlə müqayisədə daha çox istifadə edirlər. Tədqiqat müəlliflərinin sözlərinə görə, bunun əsas səbəbi elektron poçtun iş, təhsil və gündəlik ünsiyyət üçün hələ də vacib vasitə olmasıdır.

Alimlər həmçinin bildiriblər ki, internetdə istifadəçilərin vaxtının böyük hissəsi cəmi bir neçə iri platformada keçir. Süni intellekt xidmətlərinə marağın da sürətlə artdığı qeyd olunub.