İordaniya İran raketlərini məhv etdi

İordaniya İran raketlərini məhv etdi Dünya

İordaniyanın hava hücumundan müdafiə sistemləri İrandan gələn üç ballistik raketi məhv edib.

News24.az xəbər verir ki, "Reuters" məlumat yayıb.

"İordaniyanın hava hücumundan müdafiə qüvvələri çərşənbə günü səhər İrandan İordaniya hava məkanına daxil olan üç ballistik raketi zərərsizləşdirib", - deyə açıqlamada bildirilir.

İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) həmçinin İordaniyadakı Amerika hərbi bazasına endirilən zərbə zamanı bir neçə "MQ-9 Reaper" dronunun məhv edildiyini iddia edib. İran dronları həmçinin F-15, F-16 və F-35 qırıcı təyyarələrinin yerləşdiyi anqarlara da zərbələr endirib. Hücum zamanı təyyarələrin orada olub-olmadığı məlum deyil.