iPhone”u oğurladı, sahibinə mesaj yazıb şifrəsini istədi

iPhone”u oğurladı, sahibinə mesaj yazıb şifrəsini istədi Dünya

Hindistanda “iPhone” oğurlayan şəxs daha sonra telefon sahibinin ailəsindən cihazın şifrəsini tələb edib.

News24.az xəbər verir ki, bu barədə “NDTV” məlumat yayıb.

Kaushiki Dhyani adlı qadın telefonunun və bir neçə digər cihazının oğurlandığını bildirib. Daha sonra o, “iPhone”u oğurlayan şəxsdən mesajlar almağa başlayıb.

Oğru yazdığı mesajda telefonun şifrəsini istəyib. Qadın polisə müraciət etsə də, şikayətinin qəbul edilmədiyini və ona başqa gün gəl deyildiyini bildirib.

O, həmçinin oğurluq baş verən ərazidəki təhlükəsizlik kameralarında həmin şəxsin görüntüsünün olacağını da qeyd edib və polisin görüntüləri araşdırmasını istəyib.