İqlim dəyişdi, Avropa ölkəsində xaos yaşanır

İqlim dəyişdi, Avropa ölkəsində xaos yaşanır Dünya

Bu il Avropada müşahidə olunan ekstremal isti hava Fransanın kənd təsərrüfatına da ciddi təsir göstərib. Ölkədə buğda və digər taxıl bitkilərinin məhsuldarlığında azalma proqnozlaşdırılır.

News24.az xəbər verir ki, bu barədə Fransa Kənd Təsərrüfatı Nazirliyinin statistika xidməti "Agreste" məlumat yayıb.

Məlumata görə, 2026-cı ildə Fransada yumşaq buğda istehsalının ötən illə müqayisədə 4 faiz azalaraq 32 milyon tona düşəcəyi proqnozlaşdırırlır. Mütəxəssislər bildirirlər ki, məhsuldarlığın aşağı düşməsi əsasən isti və quraq hava şəraiti ilə əlaqədardır.

Arpa istehsalında da azalma proqnozlaşdırılır. Hesabata əsasən, bu il ölkədə təxminən 11 milyon ton arpa istehsal ediləcək ki, bu da 2025-ci ilin göstəricisindən 6 faiz azdır. Bununla yanaşı, məhsuldarlığın bölgələr üzrə hava şəraitindən asılı olaraq fərqlənəcəyi qeyd olunur.