İran 2 tankeri vurdu - Ölən və yaralananlar var
Dünya
İran Hörmüz boğazında BƏƏ-yə məxsus iki supertankerə hücum edib.
News24.az xəbər verir ki, bu barədə BƏƏ Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, hücum nəticəsində Hindistan vətəndaşı olan bir heyət üzvü həlak olub, daha səkkiz nəfər yaralanıb.
Yaralılardan dördünün vəziyyətinin ağır olduğu bildirilir. Yaralananlar arasında altı Hindistan və iki Ukrayna vətəndaşı var.
Bundan əvvəl İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) iki supertankerə qarşı əməliyyat həyata keçirildiyini təsdiqləyərək, gəmilərin naviqasiya sistemlərinin sıradan çıxarıldığını, onların qanunsuz və minalanmış marşrutlar üzrə ABŞ qüvvələrinin dəstəyi ilə hərəkət etdiyini iddia edib.
SEPAH həmçinin beynəlxalq gəmiçilik şirkətlərini ABŞ ilə əməkdaşlıq etməməyə çağıraraq, belə marşrutların maddi itkilərə səbəb olduğunu, Hörmüz boğazında gəmiçiliyin bərpasını ləngitdiyini və qlobal enerji böhranını dərinləşdirdiyini bildirib.