İran Aİ səfirlərini çağırdı: SEPAH qərarına sərt reaksiya!

İran Aİ səfirlərini çağırdı: SEPAH qərarına sərt reaksiya! Dünya

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) terror təşkilatı kimi tanınmasına cavab olaraq bu gün Tehranda səfirliyi olan Aİ-yə üzv bütün ölkələrin səfirləri İranın Xarici İşlər Nazirliyinə çağırılıb.

News24.az xəbər verir ki, bu barədə “Die Zeit” məlumat yayıb.

XİN-in sözçüsü İsmayıl Bəqai bunun minimum tədbir olduğunu və ardınca əlavə addımların atılacağını bildirib.

Qeyd edək ki, ABŞ, İsrail və bəzi digər ölkələr SEPAH-ı (və ya onun bölmələrini) terror təşkilatı elan edib. İsrailin xarici işlər naziri Gideon Saar yanvarın 11-də Aİ-ni ABŞ və İsrailin nümunəsini izləməyə çağırmışdı.

Ötən həftə isə Avropa İttifaqı da SEPAH-ı terror təşkilatları siyahısına daxil edib. Bu qərarın müzakirəsi Aİ-də bir neçə il davam edib və İranda son etiraz dalğası zamanı baş verən toqquşmalardan sonra qəbul olunub.