İran Almaniyada bankı ələ keçirməyə çalışdı
Dünya
İran hökuməti ilə əlaqəli şəxslər Almaniyanın Bavariya əyalətində yerləşən TEN31 bankının səhmlərinin əksəriyyətini əldə etməyə çalışıblar.
News24.az xəbər verir ki, TEN31 bankı 2023-cü ilin yayında qeyri-adi maliyyə əməliyyatları həyata keçirməyə başlayıb. Sonradan bu əməliyyatların izlərinin İran hökuməti ilə əlaqəli şirkətlərə gedib çıxdığı bildirilib.
On ay ərzində bankın hesablarından biri vasitəsilə ümumilikdə 147 milyon avro köçürülüb.
Almaniyanın maliyyə nəzarəti qurumu “BaFin”-in məktubunda qeyd olunub ki, prosesdə iştirak edən şəxslər və şirkətlər İranın “Bank Shahr” bankının sifarişi ilə TEN31-in səhmlərinin əksəriyyətini əldə etməyi planlaşdırıb və bu istiqamətdə addımlar atıblar.
Araşdırmaya görə, 2023-cü ildə “Bank Shahr”-dan üç nəfərlik nümayəndə heyətinin TEN31 bankının Ottobrunn şəhərindəki qərargahına səfəri də planlaşdırılıb.