İran asimmetrik müharibəyə tam hazır olduğunu elan etdi
Dünya
İran ordusu döyüş dronları da daxil olmaqla, asimmetrik müharibə aparmaq imkanlarını gücləndirib və potensial təhdidlərə cavab verməyə hazırdır. Bunu İranın Quru Qoşunlarının komandanı general-mayor Əmir Hatəmi hücum dronlarının istehsalı ilə məşğul olan müəssisələrdən birinə baş çəkərkən bildirib.
News24.az xəbər verir ki, bu barədə İranın "Tasnim" xəbər agentliyi məlumat yayıb.
Hatəmi qeyd edib ki, uçan nəqliyyat vasitələrindən tutmuş yerüstü dronlara və mikrodronlara qədər pilotsuz sistemlər getdikcə daha geniş istifadəyə başlayıb: "Bu, ölkənin müdafiə strategiyasında xüsusi yer tutur. Ordu dron sistemlərin istehsalı, paylanması və texniki xidməti ilə yanaşı, əsgərlərə onlardan istifadə etməyi öyrədir. İran silahlı qüvvələri pilotsuz texnologiyalara yüksək səviyyədə yiyələnib və ordunun özü asimmetrik qarşıdurma üçün təchizat baxımından həm kəmiyyət, həm də keyfiyyət baxımından əhəmiyyətli irəliləyiş əldə edib. Sevimli İran xalqına yaxşı vəziyyətdə olduğumuza əminlik veririk".
Hörmüz boğazının şərqindəki vəziyyət barədə ayrıca danışan komandan qeyd edib ki, İran dəniz qüvvələri dənizdə və sahil zonasında aktiv iştirakını davam etdirir: "Düşmən Oman körfəzinə girməyə cəsarət etmir, çünki o, İran qüvvələrinin həmin bölgədək