İran BƏƏ-yə 4 qanadlı raketlə hücum etdi, neft təsisatında yanğın oldu
Dünya
İran Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) dörd qanadlı raketlə hücum edib.
News24.az xəbər verir ki, bu barədə BƏƏ Müdafiə Nazirliyi məlumat yayıb.
“İran tərəfdən BƏƏ-yə yaxınlaşan dörd qanadlı raket aşkar edilib. Raketlərdən üçü BƏƏ-nin ərazi suları üzərində uğurla vurulub, dördüncüsü isə dənizə düşüb”, - Nazirliyin məlumatında deyilir.
BƏƏ Müdafiə Nazirliyi ölkənin müxtəlif yerlərində eşidilən səslərin raketlərin uğurla ələ keçirilməsinin nəticəsi olduğunu təsdiqləyib.
İranın dron hücumundan sonra Füceyrədə neft təsisatında böyük yanğın baş verib.
İran tərəfdən məsələyə münasibət bildirilməyib. 9APA)