İran BƏƏ-yə məxsus gəmini ələ keçirdi - Gərginlik artır
Dünya
Hörmüz boğazının şimal dəhlizində BƏƏ-yə məxsus neft tankeri ələ keçirilərək Bəndər Abbas istiqamətinə yönləndirilib.
News24.az xəbər verir ki, bu barədə “Fars” xəbər agentliyi məlumat yayıb.
Məlumata görə, tanker əvvəlcə BƏƏ-dəki Cəbəl Əli limanına doğru hərəkət edib. Ancaq gəmi Hörmüz boğazından keçərkən İran tərəfindən müəyyən edilmiş dəhlizdə saxlanılıb və daha sonra onun marşrutu İran sularına doğru dəyişdirilib.
Agentlik tankerin adını, hansı şirkətə məxsus olduğunu, hansı bayraq altında üzdüyünü, daşıdığı yükün növünü və ələ keçirilməsinin rəsmi səbəbini açıqlamayıb.
Hadisə BƏƏ-nin İranı ölkə ərazisinə iki raket atmaqda ittiham etməsindən bir gün sonra baş verib.
Əbu-Dabi son günlərdə İranı BƏƏ-nin neft şirkəti ADNOC ilə əlaqəli gəmilərə hücum etməkdə günahlandırıb.