İran Bəhreyndə "Amazon"un məlumat mərkəzinə hücum etdi
Dünya
İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) ABŞ-nin Darhoveyn Atom Elektrik Stansiyasına endirdiyi zərbəyə cavab olaraq Bəhreyndə yerləşən "Amazon"un məlumat mərkəzinə hücum etdiyi iddia olunur.
News24.az xəbər verir ki, hücumun ABŞ-nin İranın cənub-qərbində yerləşən Darhoveyn Atom Elektrik Stansiyasını raketlə vurmasına cavab olaraq həyata keçirildiyi bildirilib.
Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) isə Darhoveyn obyektində aparılan araşdırmalar zamanı stansiyanın hələ tikinti mərhələsində olduğunu, ərazidə nüvə materiallarının olmadığını və radiasiya yayılması riskinin qeydə alınmadığını açıqlayıb./ISNA/