İran bu addımı atsa Hörmüz boğazı dərhal açılacaq

İran bu addımı atsa Hörmüz boğazı dərhal açılacaq Dünya

İran və ABŞ tərəfləri arasında əldə olunan razılaşma saziş imzalandan sonra 30 gün ərzində Hörmüz boğazını açmasını nəzərdə tutur.

News24.az xəbər verir ki, bu barədə “Washington Post” mənbələrə istinadən məlumat yayıb.

“Diplomat tərəfindən imzalanmış son təklifə əsasən, İran Hörmüz boğazını dərhal açacaq və 30 gün ərzində gəmiçiliyin müharibədən əvvəlki səviyyəyə qaytarılması üçün addımlar atacaq”, — deyə nəşrdə bildirilib.

Bundan başqa, İran, ABŞ və onların müttəfiqlərinin Livan da daxil olmaqla bütün cəbhələrdə hərbi əməliyyatların dərhal dayandırıldığını elan etməsi nəzərdə tutulur.

Qəzetin məlumatına görə, təklif həmçinin İranın nüvə silahı hazırlamaqdan imtina etdiyini təsdiqləməsini və mövcud ehtiyatlarının razılaşdırılmış üsulla utilizasiyasına razılıq verməsini də əhatə edir.