İran dövlət televiziyasından NÖVBƏTİ TƏXRİBAT

İran dövlət televiziyasından NÖVBƏTİ TƏXRİBAT Dünya

İranda dövlət televiziyasının hava proqnozu buraxılışlarında Xəzər dənizinin adı xəritələrdə “Kaspian” kimi göstərilib.

News24.az xəbər verir ki, bunun ardınca SEPAH-ın rusdilli “Telegram” kanalı həmin görüntüləri paylaşaraq dənizin adının dəyişdirilməsi barədə iddialar irəli sürüb.

Kanal İran dövlət televiziyasının ötən gündən etibarən Xəzər dənizini “Mazandaran” adı ilə təqdim etməyə başladığını iddia edib.

Paylaşımda “Xəzər” adının “sionist” mənşəli olduğu irəli sürülərək, onun əvəzinə tarixi İran adı kimi təqdim edilən “Mazandaran” adından istifadə edildiyi bildirilib. /Azad İran/