İran elan etdi: Bu ərazilər hədəfə alınıb

İran elan etdi: Bu ərazilər hədəfə alınıb Dünya

İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) Küveytdəki Amerika qoşunlarının cəmləşdiyi əraziyə və hava hücumundan müdafiə radar stansiyasına zərbə endirildiyini elan edib.

News24.az xəbər verir ki, bu barədə "Press TV" məlumat yayıb.

"Küveytdəki Əli əl-Salem hava bazasındakı C-RAM radarı, ABŞ qüvvələrinin toplaşdığı ərazi ilə birlikdə hədəfə alınıb", - deyə açıqlamada bildirilir.

Qeyd edək ki, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) bir müddət əvvəl Amerika ordusunun İranın komandanlıq mərkəzlərinə və hava hücumundan müdafiə obyektlərinə, eləcə də, Bəndər Abbas liman şəhərinə zərbələr endirdiyini bildirmişdi.