İran: Fars körfəzində 4 neft tankerinə zərbə endirilib

İran: Fars körfəzində 4 neft tankerinə zərbə endirilib Dünya

Fars körfəzinin şimalında neft daşıyan dörd gəmiyə zərbə endirilib.

News24.az xəbər verir ki, bu barədə İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) bəyanat verib.

Bəyanatda bildirilir ki, gəmilər icazəsiz marşrutlardan istifadə edərkən, bir gəmidən digərinə neft ötürülməsi zamanı aşkarlanıb və eyni vaxtda vurulub.

SEPAH həmçinin ötən gecə Hörmüz boğazının qərbində üç gəminin dəniz minalarına toxunduğunu, nəticədə yanğın baş verdiyini və gəmilərin hərəkətinin dayandırıldığını iddia edib.

İran tərəfi ABŞ-ni minalanmış ərazidən gəmilərin keçməsinə təşviq etməkdə ittiham edib. Bəyanatda xəbərdarlıq olunub ki, Vaşinqton bu mövqeyini davam etdirərsə, regiondakı ABŞ hərbi bazaları da mümkün cavab tədbirlərinin hədəfinə çevrilə bilər.