İran hərbi gəmisi qəzaya uğradı: - ÖLƏNLƏR VAR

İran hərbi gəmisi qəzaya uğradı: - ÖLƏNLƏR VAR Dünya


İranın hərbi gəmisi qəzaya uğrayıb.

News24.az Publika.az xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.

Məlumata görə, “Sahand” freqatı Bəndər-Abbas limanı yaxınlığındakı hərbi dəniz bazasında qəzaya uğrayıb. 2018-ci ildə İran Hərbi Dəniz qüvvələrinin sərəncamına verilmiş gəmi çevrilib və böyük hissəsi suya batıb.

Hadisə nəticəsində 2 nəfərin öldüyü bildirilir.

Qəzanın ilkin səbəbi açıqlanıb: təmir zamanı gəminin balans çənində problemlər yaranıb və ya şaxtadan freqata su daxil olub.

Qeyd edilir ki, freqat Hind Okeanında piratçılığa qarşı mübarizə üçün hazırlanırdı.