İran Hörmüz boğazı ilə bağlı Omanın təfkilifi rədd etdi
Dünya
İran Hörmüz boğazına nəzarətin bərabər bölüşdürülməsi ilə bağlı Omanın təklifini rədd edib.
News24.az xəbər verir ki, bu barədə İran xarici işlər nazirinin müavini Kazım Qaribabadi açıqlama verib.
Onun sözlərinə görə, Oman Hörmüz boğazının birgə idarə olunmasını və bunun könüllü maliyyə təşəbbüsü əsasında həyata keçirilməsini nəzərdə tutan plan təklif edib.
Qaribabadi vurğulayıb ki, danışıqların növbəti mərhələsinə keçid yalnız Hörmüz boğazının böyük hissəsinin Tehranın nəzarəti altında qalacağı təqdirdə mümkün ola bilər.