İran iddiaları rədd etdi: “Bu məsələdən söhbət gedə bilməz!"
Dünya
İranın Moskvadakı səfiri Kazem Cəlali ölkəsinin Rusiyadan S-400 hava hücumundan müdafiə sistemi aldığına dair iddiaları bir daha təkzib edib.
News24.az xəbər verir ki, səfir İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsi üzvlərinə Rusiya ilə münasibətlər barədə məlumat verərkən bildirib:
“İranın Rusiyadan S-400 hava hücumundan müdafiə sistemi almaq tələbi yoxdur".
Cəlali həmçinin iki ölkə arasında əlaqələrin artmaqda davam etdiyini və Rusiyanın İranın nüvə siyasətinə dəstək verdiyini qeyd edib. O, Moskvanın İsrailin İrana hücumundan xəbərsiz olduğunu da əlavə edib.
Xatırladaq ki, son aylarda Qərb mediası İranın Rusiyadan S-400 sistemləri aldığı və onları İsfahan yaxınlığında sınaqdan keçirdiyi barədə xəbərlər yaymışdı. Kazem Cəlali həmin məlumatları dərhal təkzib etmişdi.