İran Küveytdə hərbi bazaları vurdu

İran Küveytdə hərbi bazaları vurdu Dünya

İran Küveytdə ABŞ-nin hərbi bazalarına raketlər və pilotsuz uçuş aparatları ilə zərbələr endirib.

News24.az xəbər verir ki, bu barədə İranın “İRİB” tele-radio şirkəti məlumat yayıb.

Bildirilib ki, Küveytdəki ABŞ bazalarından birində yerləşən əsas obyektə zərbə endirildikdən sonra ərazidə tüstüləmə başlayıb.