İran MAQATE-nin nüvə obyektlərini yoxlamasına razı deyil - Bəqai
Dünya
İran Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (MAQATE) ölkədəki nüvə obyektlərində yoxlama aparmasına razı deyil.
News24.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib.
Məlumat üçün bildirək ki, MAQATE-nin baş direktoru Rafael Qrossi daha əvvəl müsahibəsində yaxın həftələrdə İranın nüvə obyektlərinə yol tapacaqlarına ümid etdiklərini demişdi.
Bundan əvvəl isə İran Xarici İşlər Nazirliyi bombardmana məruz qalan nüvə obyektlərinə MAQATE-nin çıxışının ABŞ ilə aparılan danışıqların nəticələrindən asılı olacağını vurğulayıb.
Bununla yanaşı, Tehran bildirib ki, İran Buşehr Atom Elektrik Stansiyası da daxil olmaqla bəzi nüvə obyektlərinə giriş imkanını təmin etməyə davam edəcək.