İran mediasına Xameneinin dəfni ilə bağlı göstəriş verildi

İran mediasına Xameneinin dəfni ilə bağlı göstəriş verildi Dünya

İran hakimiyyəti mərhum ali lider Əli Xameneinin vida mərasiminin işıqlandırılması üçün dövlət mediası və mətbuat xidmətlərinə vahid informasiya qaydaları tətbiq edib.

News24.az xəbər verir ki, İran hakimiyyəti Tehrandan Məşhədə, habelə, Nəcəf və Kərbəlaya qədər uzanması planlaşdırılan mərasimlər üçün geniş təhlükəsizlik, logistika və informasiya hazırlıqları həyata keçirib.

Məlumata əsasən, dövlət mediasına mərasimləri hakimiyyətin davamlılığının, rejimin birliyinin və müqavimət siyasətinin davamı kimi təqdim etmək tapşırılıb.

Bildirilib ki, rəsmi mövqeyə zidd məzmunun yayımlanmasından çəkinilməsi tələb olunub.

Qeyd edilib ki, mediaya xarici nümayəndə heyətlərinin iştirakı, İranın diplomatik fəaliyyəti və hərbi imkanlarına daha çox diqqət yetirmək, mümkün varislik müzakirələri və ya hakimiyyət daxilində fikir ayrılıqları barədə məlumatlardan isə uzaq durmaq göstərişi verilib. / Əş-Şərq Əl-Əvsət/