"İran "Qiyamət müharibəsi"nə hazırdır"
Dünya
"İran diplomatik yoldan imtina etməyib, eyni zamanda ABŞ ilə hərbi əməliyyatların yenidən başlamasına hazırdır".
News24.az xəbər verir ki, bunu İran İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçi "NBC News" telekanalına müsahibəsində bildirib.
“Biz müharibənin yenidən başlamasına tam hazırıq. İstənilən yeni təcavüz qarşısında, hətta məsələ qiyamət müharibəsinə qədər getsə belə, mövqeyimizdə möhkəm dayanırıq. Eyni zamanda, diplomatiyaya da hazırıq. Seçim ABŞ Prezidenti Donald Trampındır”, – deyə nazir vurğulayıb.
Sentyabrın 26-da ABŞ Prezidenti Donald Tramp İranın hərbi əməliyyatların yeddi gün müddətinə dayandırılması və Hörmüz boğazının açılması ilə bağlı təklifini rədd edib.