"İran rəhbərliyi inanılmaz dərəcədə ikiüzlüdür!" - Tramp

"İran rəhbərliyi inanılmaz dərəcədə ikiüzlüdür!" - Tramp Dünya

ABŞ Prezidenti Donald Tramp İran hakimiyyətini ikiüzlülükdə ittiham edib. O, İranın həm danışıqlar istədiyini, həm də bunu açıq şəkildə təkzib etdiyini bildirib.

News24.az xəbər verir ki, Tramp bu barədə “Truth Social” sosial şəbəkəsində yazıb.

Amerika lideri paylaşımında eyni zamanda İranla yeni danışıqlar mərhələsinin keçiriləcəyini də anons edib.

Onun sözlərinə görə, Tehran həm ABŞ tərəfi ilə görüşlər keçirməyə çalışır, hətta buna görə "yalvarır", həm də ictimaiyyət qarşısında hər hansı danışıqların aparıldığını inkar edərək yalnız Oman ilə təmasda olduğunu bildirir.

"İran rəhbərliyi inanılmaz dərəcədə ikiüzlüdür!" – deyə Tramp yazıb.