İran Silahlı Qüvvələri tam döyüş hazırlığı vəziyyətinə gətirildi - Müharibə başlayır?
Dünya
İran Silahlı Qüvvələri tam döyüş hazırlığı vəziyyətinə gətirilib.
News24.az xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanının müavini Əhməd Vahidi bildirib.
“İslam Respublikasının Silahlı Qüvvələrinin imkanları çox yüksəkdir, onlar maksimal hazırlıq vəziyyətindədir”, — deyə o bildirib.
İranda iğtişaşlar 2025-ci il dekabrın 29-da rialın məzənnəsinin kəskin ucuzlaşmasından sonra başlayıb və ölkənin iri şəhərlərini əhatə edib. İran hakimiyyətinin açıqlamasına görə, etirazlarda silahlı terrorçular da iştirak edib və Tehranın versiyasına əsasən, onların arxasında İsrail və ABŞ dayanır.
ABŞ prezidenti Donald Tramp daha əvvəl İslam Respublikasına qarşı güc tətbiqini ciddi şəkildə nəzərdən keçirdiyini bildirib. Xarici müdaxilə təhdidlərinə cavab olaraq İran rəhbərliyi ölkəni və xalqını qorumaqda tam qətiyyətli olduğunu bəyan edib. /Tasnim