İran televiziyasında gözlənilməz hadisə - Mollanı təhqir etdilər - Video

İran televiziyasında gözlənilməz hadisə - Mollanı təhqir etdilər - Video Dünya

İran dövlət televiziyasında məcburi hicabla bağlı müzakirə zamanı gözlənilməz hadisə baş verib.

News24.az xəbər verir ki, verilişdə iştirak edən hökumət mollası məcburi hicab qanununun icra olunmamasından şikayətlənərək xalqdan 4 mindən çox mesaj aldığını iddia edib.

Daha sonra o, mesajlardan birini təsadüfi şəkildə oxumaq üçün telefonunu kameraya göstərib.

Ancaq mollanın açdığı ilk mesajda “tərbiyəsiz axmaq, ağlın varsa, ağzından çıxana fikir ver!” – deyə, onu təhqir edən ifadələr yer alıb.

Mesajın məzmunu həm ruhaninin, həm də efirdəki digər şəxslərin reaksiyasına səbəb olub.