İran Trampa sui-qəsd hazırlayır? - İsrail kəşfiyyatı xəbərdarlıq etdi

İran Trampa sui-qəsd hazırlayır? - İsrail kəşfiyyatı xəbərdarlıq etdi Dünya

İsrail ABŞ prezidenti Donald Trampı mümkün sui-qəsd təhlükəsi ilə bağlı xəbərdar edib.

News24.az xəbər verir ki, Vaşinqtona bu haqda kəşfiyyat məlumatları ötürülüb.

Məlumata görə, Tehran artıq bir neçə ildir ki, Trampın öldürülməsi ilə bağlı plan qurur.

İslam Respublikası general Qasım Süleymani və Ayətullah Əli Xameneinin öldürülməsinə görə ondan qisas almaq istəyir.

Qeyd edək ki, Xameneinin dəfn mərasimində izdiham ABŞ rəhbərini öldürməklə hədələyib. /The Wall Street Journal/