İran Trampın açıqlamasını təkzib etdi
Dünya
“ABŞ Prezidenti Donald Trampın Tehran və Vaşinqton arasında danışıqlar aparılması ilə bağlı açıqlamaları həqiqəti əks etdirmir”.
News24.az xəbər verir ki, bu sözləri İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi deyib.
Bəqayi bildirib ki, İran Hörmüz boğazında təhlükəsiz gəmiçiliyin təmin olunması məsələsini yalnız Oman ilə müzakirə edir.
"ABŞ ilə heç bir danışığımız yoxdur. Hazırda Omanla Hörmüz boğazından təhlükəsiz gəmiçiliyi təmin edəcək marşrutla bağlı razılaşmanın əldə olunmasına yönəlmiş danışıqlar aparılır", – deyə o, mətbuat konfransında bildirib.
Xatırladaq ki, bundan əvvəl Donald Tramp ABŞ ilə İran arasında sülh sazişi üzrə danışıqların avqustun 3-də başlayacağını açıqlayıb.
O, həmçinin “Truth Social” sosial şəbəkəsində Tehrana qarşı planlaşdırılan güclü hərbi zərbəni mümkün razılaşma naminə ləğv etməyə razı olduğunu yazıb.