İran Türkiyəyə uçuşları dayandırıb?

İran Türkiyəyə uçuşları dayandırıb? Dünya

İmam Xomeyni Beynəlxalq Hava Limanının baş direktoru Ramin Kaşif Azər Türkiyə və İraqa uçuşlar barədə danışıb.

News24.az xəbər verir ki, baş direktor hava limanından müxtəlif istiqamətlərə uçuşlarla bağlı hər hansı məhdudiyyətin tətbiq edilməsi barədə məlumatları təkzib edib.

O bildirib ki, hava limanından bütün beynəlxalq istiqamətlər üzrə uçuşlar həyata keçirilir və onlar müəyyən edilmiş cədvələ uyğun icra olunur.//modern.az