İran Ukraynanın sözlərinə inanmır, təzminat tələb edir
Dünya
İran Ukraynadan ölkəyə məxsus yük gəmisinə hücuma görə təzminat tələb edir.
News24.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmayıl Bəqai açıqlama verib.
O bildirib ki, Tehran Kiyevin hücumun təsadüfi xarakter daşıması ilə bağlı izahatlarını inandırıcı hesab etmir.
Onun sözlərinə görə, Ukrayna hakimiyyəti hücumu etiraf etdikdən sonra təzminat ödəməlidir.
Bəqai əlavə edib ki, Kiyev təzminat ödəməkdən imtina edərsə, İran dəymiş ziyanın ödənilməsinə müstəqil şəkildə nail olmağa çalışacaq.