İran vurulan gəmiyə görə Ukraynadan kompensasiya tələb edir

İran vurulan gəmiyə görə Ukraynadan kompensasiya tələb edir Dünya

İranın xarici işlər naziri Abbas Əraqçi ukraynalı həmkarı Andriy Sibiqaya Xəzər dənizində İran gəmisinə endirilən zərbə nəticəsində dəyən ziyanın ödənilməli olduğunu bildirib.

News24.az-ın xəbərinə görə, Əraqçi "X" sosial şəbəkəsində telefon danışığından sonra yazıb ki, İran gərginliyin artmasını istəmir, lakin ölkə vətəndaşlarına və maraqlarına qarşı istənilən hücum qəbuledilməzdir.

"İran eskalasiyaya can atmır, lakin vətəndaşlarımıza və maraqlarımıza qarşı istənilən hücumun qəbuledilməz olduğunu açıq şəkildə bildirdik. Dəyən zərər mütləq ödənilməlidir", – deyə o vurğulayıb.

İran XİN rəhbərinin sözlərinə görə, Andriy Sibiqa hücumun qəsdən həyata keçirilmədiyini və Kiyevin vəziyyəti gərginləşdirmək niyyətində olmadığını bildirib.

Xatırladaq ki, iyulun 25-də İran Xarici İşlər Nazirliyi Ukraynanın Rusiyanın ərazi sularında, Xəzər dənizində üzən İranın ticarət gəmisinə zərbə endirdiyini açıqlamışdı. Hadisə nəticəsində ekipaj üzvlərindən biri həlak olub.