"İrana vida və dəfn üçün 1 həftə möhlət verdik"

"İrana vida və dəfn üçün 1 həftə möhlət verdik" Dünya

Ötən gün ABŞ prezidenti Donald Tramp ölkənin Müstəqillik Bəyannaməsinin qəbulunun 250 illiyi münasibətilə keçirilən tədbirdə çıxışı zamanı İran İslam Respublikasına qarşı aparılan hərbi əməliyyatlardan bəhs edib.

News24.az xəbər verir ki, Tramp ABŞ-nin son uğurlarını sadalayaraq “Biz Venesuelanı bir gündə məğlub etdik və İranı darmadağın etdik. Onlar çarəsiz şəkildə razılığa gəlmək istəyirlər. Biz mehriban insanlar olduğumuz üçün onlara Əli Xameneinin dəfn mərasimini keçirmək üçün bir həftəlik möhlət verdik” deyib.

ABŞ prezidentinin bu açıqlaması Tehranda İranın keçmiş Ali lideri Əli Xameneinin vida mərasiminin ikinci gününə təsadüf edib.