İrananda nazirlərin impiçmenti tələb edilir
Dünya
İran parlamentində bir neçə nazirin impiçmenti ilə bağlı 13-ə yaxın müraciət qeydə alınıb.
News24.az xəbər verir ki, bu barədə İran parlamentinin İqtisadiyyat Komitəsinin nümayəndəsi Fəthullah Təvassoli məlumat verib.
Məlumata görə, idman və gənclər naziri Əhməd Doniyamalinin impiçmenti ilə bağlı 46 deputatın imzaladığı müraciət sistemə daxil edilib və parlamentin Rəyasət Heyətinə təqdim olunub. Lakin müraciət hələ müvafiq komissiyaya göndərilməyib.
Təvassolinin sözlərinə görə, iqtisadiyyat nazirinin impiçmenti ilə bağlı müraciət də parlamentin Rəyasət Heyətindədir.
Deputatların tələbi Rəyasət Heyəti tərəfindən aidiyyəti komissiyaya göndərilməyənədək onun müzakirəsinə başlanılmayacaq.